"Bunun illah ki, cavabı olacaq" - Samir Abasov

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan "Zirə" ilə matçdan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Oyunda ən üzüldüyüm məqam qol buraxmağımızdır. Rəqibdən 2 cür təhlükə gözləyirdik. Biri standart vəziyyətlər, digəri də buraxdığımız qol. İnanın səmimiyyətimə, buraxdığımız qol epizodu 10 dəfə futbolçularımıza başa salınmışdı. Ki belə bir təhlükəli vəziyyət ola bilər. Oyundan əvvəl analiz etmişdik. Ən üzücü məqam o idi ki, oyuna daxil olanda konkret 2-3 nəfərə tapşırıq verilmişdi. Bunu dəfələrlə deyəndən, üstündə dayanandan sonra qol yeməyimiz... Bunun illah ki, cavabı olacaq. Oyunu uduzmağa görə həmin oyunçuları günahlandırmıram. Amma bilə-bilə belə səhvlər etmək, konsentrasiyanı itirmək yolverilməzdi. 1-ci dəqiqədən lap 100-cü dəqiqəyə qədər də olsa konsentrasiya itirlməməlidi. Həddindən artıq əsəbiyəm və açığı 2-3 oyunçu var ki, onlara görə üzülürəm. Oyundan danışmayaq, bilirik ki, "Zirə" çətin rəqibdi. Onlara qalib gələ bilməmişik, uduzduğumuz oyunlar da üzücü olub. Başa düşürük, müdafiəni yarmağa çətinlik çəkirik, amma rahat idik, düşünürdük ki, bu təhlükəni aradan qaldırsaq qol vəziyyətləri yaradacağıq. Yaxşı nəticəyə doğru gedirdik, rəqibin hücumlarının qarşısını alırdıq, ancaq ani diqqətsizlik.. Bunun cavabını alacam. Uduzmaqdan çox, bu səhvlərə görə üzüldüm. 

- "Neftçi" bu il rəhbərliyiniz altında "Zirə"yə qalib gələ bilməyib. Nəinki qalib gəlməyib, heç qol vura bilmirsiz. Bunu anladıq, bəs rəqib müdafiəsini yara bilməməkdə problem nədi?

- Komandaya tapşırılmışdı ki, oyuna çox sakit başlasınlar. Öz qol vəziyyətlərimizi yaxalayacağıq. Bunun üçün də hərəkətdə olmaq, top almaq, ötürmə vermək lazımdı. Digər bir məqamı nəzərinizə çatdırım ki, meydana buraxdığım və oyunu gücləndirə biləcək futbolçular baxımından əziyyət çəkirik. Amma oyunun əvvəlindən yavaş-yavaş yaxşıya doğru gedirdik. İkinci hissə başlayanda bir neçə qol vəziyyəti də yaratdıq. Başa düşürəm, "Qəbələ"yə, "Zirə"yə və digər komandalara qarşı oynamaq çətindi. Amma bizim Messimiz, Ronaldomuz yoxdu ki, bütün oyunlarda 5, 10 dəfə qol vəziyyəti yaratsınlar. Bu gün hamı müdafiədə yaxşı oynaya bilər. Rəşad Sadıqov özü müdafiəçi olub, futbolçulara bunu aşılayır. Biz də çətinlik çəkirik, bu anlaşılandı. Ancaq buna rəğmən belə qol buraxırsansa sonu bu cür olmalıdı. 

- İki sualım var. Əhməd Əhmədov tam istədiyiniz tipdə futbolçudu və formadadımı? İkincisi bəzi oyunçuların oyun vaxtı sizi əsəbiləşdirdiyinin şahidi olmuşuq.İmkanınız olsaydı komandanın 50 faizini dəyişərdiz?

- Xeyr, 50 faizini deməzdim. Bu çox olar. Oyunun içində olursan, əsəbiləşirsən, bu o demək deyil ki, həmin futbolçu bizə lazım deyil. Hücumçuya gəlincə, burda dəvət göndərən, onu komandaya çağıran çox önəmlidi. Hansı çemponatdan çağrılır, nə qədər maaş verilir... Bu gün seçimlərimiz həddindən artıq çərçivə içindədi. Bunu məndən də yaxşı bilirsiz. Əlimizdə olan fürsətlərin məncə ən yaxşısından istifadə etdik. Hansı ki, çox fürsətimiz, seçimlərimiz yox idi. Dəfələrlə bunu demişəm. Üstlərində durduğumuz futbolçular olub. Ümumiyyətlə buna qulaq asmaq belə istəmədilər. Təklifləri bir masa ətrafında müzakirə etməyə də şans vermədilər. Məncə Əhməd özünü pis tərəfdən göstərmədi. İkinci oyununa görə pis deyil.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR