Burak Yılmaz harda oynayacaq:

Burak Yılmaz harda oynayacaq: "Vest-Hem", yoxsa "Latsio"?

İngilislər "Qalatasaray" rəhbərliyini təəccübləndirib.

Sport7.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi Burak Yılmazla yolları ayırmağa hazırlaşıb. Amma hücumçunun transfer dəyərini ödəməyə hazır olan real alıcı tapılmır. 

Mövsümün əvvəlində Slaven Biliçin çalışdırcığı "Vest-Hem" Burak üçün "Qalatsaray"a 7,8 milyon funt-sterlinq təklif etmişdi. Həmin vaxt "sarı-qırmızılar" Burakı satmaqdan imtina etmişdilər. Hamza Hamzaoğlunun gedişindən sonra Yılmazı da göndərmək fikrinə düşən rəhbərlik bu dəfə özləri Biliçin çalışdırdığı komandayla əlaqə saxlayıb. Amma ingilislərin verdiyi cavab onları şoka salıb. Belə ki, bu dəfə ingilislər Burak üçün cəmisi 3,8 milyon ödəmək istədiklərini bildiriblər.

Yılmazı heyətinə qatmaq istəyənlər arasında İtaliyanın "Latsio" klubu da var. Amma yayda bu transferdən ötrü 5 milyon avro xərcə düşməyə hazır olan italyanların indi nə qədər təklif edəcəkləri qeyri-müəyyəndir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR