Buşar uğursuz seriyaya son qoydu

Buşar uğursuz seriyaya son qoydu

WTA-nın reytinq cədvəlinin sabiq bir nömrəsi Öjeni Buşar Hyustonda keçirilən ITF turnirinin ilk mərhələsində Valentini Qrammatikopulunu 2:0 (7:6, 6:4) hesabı ilə məğlub edib.

Beləliklə, Buşar ardıcıl 13 məğlubiyyətdən ibarət seriyaya son qoyub. Kanadalı raketka ustası 2019-cu ilin fevral ayından bəri qələbə üzünə həsrət idi. O, sonuncu dəfə Dubayda keçirilən turnir zamanı Vera Lapkoya qalib gəlmişdi.

Hazırda reytinqdə 220-ci olan Buşarın növbəti rəqibi Françesko Di Lorentso olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR