"Bütün karyeram boyu yalnız bir sağlam ayaqla oynamışam" / Roberto Baccio - 52

"Futbolçuların ən kiçik zədələrdə belə, gileyləndiyini eşidəndə 17 yaşımda başıma gələnləri xatırlayıram.

Dizimdəki əməliyyatdan 2 həftə sonra 12 kq. çəki itirmişdim. Yemirdim, bütün gün ağlayırdım... Həm fiziki, həm də mənəvi cəhətdən mənim üçün ağır idi. Bunun son olduğunu düşündüyümü deməsəm, yalan olar. Amma hər dəfə mübariz olmağa çalışırdım. Özümə və hamıya sübut etmək istəyirdim ki, mən güclüyəm, olanlar isə bəxtsizlikdəndi. 

Hamı baş verənlərin mənim uydurmalarım olduğunu deyirdi. Heç kim başa düşmürdü ki, bütün professional karyeram boyu yalnız bir sağlam ayağımla oynamışam. Özümü formada saxlamaq üçün neçə saatımı sərf etdiyimi unutmuşam. İl ərzində maksimum üç oyunda özümü 100% yaxşı hiss etdiyim olurdu.

Məşhur olduğum gündən ağrı ilə yaşamışam. Mənim ən yaxşı fintim - baş verənlərə baxmayaraq, sadəcə oynamağa davam etmək olub".

Bu sözlər Roberto Baccioya məxsusdu.

Bu gün İtaliyanın fəxri, dünya futbolunda özünəməxsus yeri və çəkisi olan, professional karyerası boyu 7 klubun rənglərini daşıyan Roberto Baccionun 52 yaşı tamam olur. Özünün qeyd etdiyi kimi, o, həyatının bir parçası olan futbol üçün əlindən gələni edib, hətta zaman-zaman özünü belə, qurban verib - sözsüz ki, sadiq və onu sevən tiffozilər üçün. Doğum günün mübarək, Əfsanə!

Daniele Baselli bloqu (Sport7.az)
 
Yazarı "Facebook"da izlə: https://bit.ly/2S40691

OXŞAR XƏBƏRLƏR