2018-ci il dünya çempionatında
ikinci yeri tutan Xorvatiya millisinin futbolçusu Ante Rebiç doğma kəndi olan
İmotski sakinlərinin kredit borclarını bağlayıb.
Sport7.az xəbər verir
ki, bu barədə 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı Lovro Sindik bildirib.
Sindik bunun mundialdan öncə baş verdiyini söyləyib: "Rebiç Split
yaxınlığındakı kiçik kənddə böyüyüb. 19 yaşında "Fiorentina”ya getməsinə
baxmayaraq, heç vaxt soykökünü unutmayıb. O, bir dəfə kəndin bütün 500
sakininin kredit borcunu bağlayıb”.