"Bütün xətlərdə güclü oyunçulara malikdirlər" - "Keşlə"nin məşqçisi

"Keşlə"nin baş məşqçisi Zaur İsmayılov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib:

Sport7.az xəbər verir ki, Tərlan Əhmədovun gedişindən sonra müvəqqəti olaraq komandanın "sükanı" arxasına keçən mütəxəssis bunları söyləyib: "Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq "Laçi” komandasını analiz etməyə başlamışıq, bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçulara malikdirlər”.

Püşkün nəticəsinə əsasən "Keşlə” Albaniya klubu "Laçi” ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR