Böyük Britaniya yığması 79 illik həsrətə son qoydu

Böyük Britaniya yığması 79 illik həsrətə son qoydu

Kişilərdən ibarət Böyük Britaniyanın tennis yığması "Devis Kuboku”nun (Davis Cup) finalında Belçika yığmasını üstələyərək çempion adını qazanıb.

Sport7.az xəbər verir ki, Belçikanın Gent şəhərinin "Flanders Expo” mərkəzində 27-29 noyabr 2015-ci il tarixlərində keçirilən final görüşü Böyük Britaniyanın 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə xalını dünya ikincisi Endi Marrey gətirib. Marrey finalın 4-cü görüşündə Belçika yığmasının lideri David Qoffini 3 setdə məğlub edib.

Bununlada Britaniya yığması 1936-cı ildən sonra ilk dəfə Devis Kubokunu ölkələrinə aparıblar.  Ümumi olaraq isə bu Britaniya yığmasının Devis Kubokunda 10-cu çempionluğu olub. Həmçinin Belçika yığması 1904-cü ildən sonra ilk dəfə finala yüksəlib. Məlumat üçün deyək ki, 1904-cü ildə də onlar britaniyalılara məğlub olmuşdurlar.

Final görüşlərinin nəticələri:

27 noyabr
David Qoffin – Kayl Edmund: 3-6 1-6 6-2 6-1 6-0
Endi Marrey – Ruben Bemelmans: 6-3 6-2 7-5

28 noyabr
Endi Marrey/Jeymi Marrey – David Qoffin/Stiv Darsis: 6-4 4-6 6-3 6-2

29 noyabr 
Endi Marrey – David Qoffin: 6-3 7-5 6-3
Kayl Edmund – Ruben Bemelmans: oynanılmayıb

Heydər RZAYEV





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR