Böyükağa Hacıyev

Böyükağa Hacıyev "Traktor Sazi"də çalışa bilər

Məqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin növbəti mövsümdən İranda çalışma ehtimalını ilk olaraq nəzərinizə çatdırmışdıq. Hətta təcrübəli mütəxəssis bununla bağlı menecerlərlə fikir mübadiləsi də aparmışdı. 

Sport7.az xəbər verir ki, futbol11.az-da olan olan məlumata görə, qonşu ölkə "elçilər"i Hacıyevə 3 İran klubunda çalışmaq təklifi ediblər. 

Həmin komandalar Təbrizin "Göstəriş Polad" və "Traktor Sazi", eləcə də Tehranın "İstiqlal" klublarıdır. İranda çempionluğu son turda əldən verərək gümüş medallarla kifayətlənən "Traktor Sazi"də portuqaliyalı baş məşqçi Toninin gedəcəyi gözlənilir. 

Qeyd edək ki, Böyükağa Hacıyev 2003/04 mövsümündə Təbrizin "Maşın Sazi" klubunu və 2004/05 mövsümündə isə "Traktor Sazi"ni çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR