Böyükağa Hacıyevin vəfatından bir il ötür

Böyükağa Hacıyevin vəfatından bir il ötür
Bu gün Azərbaycanın əməkdar məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür. 

O, 20 aprel 1958-ci ildə Naxçıvanda anadan olub.

Məşqçilik karyerasına 1999-cu ildə Naxçıvanın "Araz Naxçıvan" klubunda başlayıb. Lakin komanda maliyyə çətinliklərinə görə bir ildən sonra fəaliyyətini dayandırıb. Bundan sonra  Hacıyev Təbrizin "Maşınsazi" klubunda baş məşqçinin köməkçisi kimi işləyir. Bir müddət sonra baş məşqçi istefa verir və onuna postu Hacıyevə həvalə olunur.

2004-200ci illər mövsümündə isə Təbrizin digər klubu "Traktor Sazi"də baş məşqçi işləyir. İranda böyük iş təcrübəsi qazanan Hacıyev elə 2005-ci ildə Azərbaycan millisində Vaqif Sadıqovun köməkçisi olaraq çalışır. 

2006-cı ildə çempionatın sonuna 8 tur qalmış "Bakı" klubunun baş məşqçisi olmuş və ilk çempionluğunu bu klubla qazanmışdır. 

Onun karyerasında ən uğursuz il 2009-2010-cü illər mövsümünə təsadüf edib. Hacıyevin çalışdığı "Standard" klubu autsayder kimi elita ilə vidalaşır.

2011-ci ildə gözlənilmədən "Neftçi" prezidenti Sadıq Sadıqov Böyükağa Hacıyevi klubunun baş məşqçisi təyin edir.  Elə həmin il onun komandası çempionluğu bayram edir. Bununla da "Neftçi" ardıcıl 2-ci, ümumilikdə isə 7-ci çempionluğunu qazanır. Həmin il uğur üstə uğur gəlir. Belə ki, "Neftçi" Avropa Liqanın qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır. 
 


Lakin həmin il uğurla yanaşı, pis günlərlə də yadda qalıb. Belə ki, Böyükağa Hacıyevin səhhətində problem yaranır və Moskva şəhərində əməliyyat keçirir. 

Ancaq 2018-ci ildə Böyükağa Hacıyevin yenidən səhhəti pisləşir. 6 il əvvəl Rusiyada keçirdiyi ağır əməliyyatın da təsiri ilə sabiq baş məşqçinin ürəyində problem yaranır və xəstəxanaya yerləşdirilir. Ondan iki həftə əvvəl insult keçirən tanınmış mütəxəssis "Modern" xəstəxanasında müalicəyə alır. Lakin sonra infarkt keçirən Hacıyev 8 fevral tarixində Mərkəzi Klinik Xəstəxanaya köçürülür və burada əməliyyat olunaraq ürəyinə iki stend qoyulur. 

Və 16 mart 2018-ci il tarixində - 59 yaşlı Böyükağa Hacıyev gözlərini əbədiyyətə yumur. O, Keşlə qəbiristanlığında dəfn olunmuşdur.

Bu gün onun qohumları, yaxınları, dostları, futbol ictimaiyyətinin nümayəndələri Böyükağa müəllimin ildönümü mərasimi üçün bir araya toplaşacaq.

Böyükağa Hacıyevin oğlu Yusif Hacıyevin verdiyi məlumata görə, SOCAR-ın mərasim salonunda keçiriləcək ildönümü mərasimi saat 11:00-da başlanacaq və ilk olaraq onun qəbri ziyarət ediləcək. 
 


Onun sabiq klubu "Neftçi"nin üzvləri də mərasimdə iştirak edəcəklər. Bu haqda məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Rüstəm Allahverdiyev verib.
 
O, "Neftçi" klubu tarixində böyük əməkləri olan Böyükağa Hacıyevin ailəsini daim diqqətdə saxlayır və lazım olan köməklikləri göstərir. Təbii ki, bir klub olaraq diqqət-qayğı haqqında danışmağımız düzgün çıxmaz. Ancaq klub olaraq bizim üçün əməyi keçmiş insanları və ailələrini daim diqqətdə saxlayırıq. Nə dəstək lazımdırsa biz ailəsinə etmişik. Bu gün mərasimdə də "Neftçi" klubunun nümayəndələri iştirak edəcək", deyə bildirib. 

Allah rəhmət eləsin!

Röya Kərimli
Sport7.az
 

 

Xəbər lenti