Üç veteran güləşçimiz dünya çempionatında medal qazanıb

Üç veteran güləşçimiz dünya çempionatında medal qazanıb

Oktyabrın 8-dən 13-dək Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

Sport7.az xəbər verir ki, mundialda 3 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Müxtəlif yaş qruplarında Məmməd Əliyev (78 kq) və Musa Mirzəyev (130 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) isə bürünc medal qazanıb.

Milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyub. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR