Canlı yayımda idman edərkən yıxılan Tünzalə: “Sizə yazığım gəldi”

Canlı yayımda idman edərkən yıxılan Tünzalə: “Sizə yazığım gəldi”

Xalq artisti Tünzalə Ağayeva İTV-nin efirində yıxılmasına münasibət bildirib.

Sport7.az xəbər verir ki, əvvəlcə sənətçi sözügedən kadrları səhifəsində paylaşaraq  "Deyirəm ki, ancaq belə yıxılmaq olsun. Gördüm ki, bu videonu yaman yayırlar, daha keçib, qoy elə məndən yayılsın”, - deyə rəy verib.

T. Ağayeva növbəti dəfə instaqram səhifəsində açıqlama yayaraq onun efirdə yıxılmasına sevinənlərə ismarış yollayıb:

"Mənim məhz bu cür yıxılmağım böyük kompleksi olanları, həyatda özünü tapmayanları, bir sözlə, bədbəxt qisimləri sevindiribsə, nə mutlu mənə...Bir anlıq da olsa özünüzə "güvəniniz” yarandı. Lap yazığım gəldi. Ləyaqət, şərəf yıxılmasın, onlar sonra nə yazıq ki, qalxmırlar. Belə yıxılıb sonra ucalmaq gözəl hissdir”. (Qafqazinfo)
 

 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR