CAS-dan

CAS-dan "Qalatasaray"a müsbət cavab

İdman Arbitraj Məhkəməsi (CAS) "Qalatasaray”ın sabiq futbolçusu Nordin Amrabatın İspaniya "Malaqa”sına keçidi ilə bağlı müraciətinə baxıb.

Sport7.az xəbər verir ki, qurum 2014-cü ilin avqustunda gerçəkləşən transferlə bağlı İstanbul təmsilçisinin istəyini təmin edib.

CAS həmin vaxt "Nasr Bin Abdullah Sons” şirkəti tərəfindən təşkil olunan matç üçün "Qalatasaray”a çatmalı olan 500 min avronun ödənilməsi barədə qərar çıxarıb. Həmin vəsaiti ala bilməyən Türkiyə təmsilçisi 2019-cu ilin oktyabrında quruma şikayət etmişdi ki, ilk yarıma yaxın sürən araşdırmalar başa çatıb. CAS-ın verdiyi qərara əsasən yarım milyonluq məbləği ödəmə gününə qədər olan müddət üçün 5 faiz də verilməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR