"Cavid çox əsəbi olub" - ANASI

"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun anası Xalidə Hüseynova ötən həftə oğlu ilə görüşüb. 

Sport7.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə danışan Xalidə Hüseynova bildirib ki, Cavid saxlanma şəraitindən razıdır: "Hər hansı şikayəti yoxdur. Amma çox əsəbi olub. Bu da yaşadığı mühitlə bağlıdır. Çünki həbsxanaya düşəsi oğul deyildi”.

Səhhətində problem olan və oğlu barədə danışmaqda çətinlik çəkən ana hər kəlmədə Cavidin həbs edildiyi günü yenidən yaşadığını deyib. Xalidə Hüseynova "Həyat yoldaşı, uşaqları Cavidi görə biliblərmi” sualına "xeyr” cavabını verib: "Ola bilsin ki, telefonda danışıblar, amma görüşlərinə mən razı deyiləm. Çünki uşaqlar Cavidi görsələr ayrılmazlar”.

Xalidə Hüseynova məhkəmədən ədalət gözlədiyini deyir: "Ancaq ədalət gözləyir və Allaha sığınıram. 3 aylıq həbsdən sonra vaxtını 1 ay da uzatdılar. İnanıram ki, oğlum azadlığa çıxacaq. Onun təqsirsiz olduğu öz təsdiqini tapacaq. Cavidin günahsız olduğuna və azadlığa çıxacağına inanıram. Ədalətə və göydəki Allaha güvənirik”.

2015-ci il avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. R. Əliyev avqustun 9-da xəstəxanada vəfat edib. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib. Barəsində 3 aylıq həbsqətimkan tədbiri seçilən Cavid Hüseynovun həbs müddəti əlavə olaraq 1 ay da uzadılıb.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR