Cavid Hüseynov:

Cavid Hüseynov: "Apollon" Bakıya futbol oynamağa gəlməmişdi"

Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"u mübarizədən kənarlaşdıran "Qəbələ" adını tarixində ilk dəfə pley-offa yazdırdı. Sport7.az xəbər verir ki, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Cavid Hüseynovu bu iki komanda arasında istər Kiprdə, istərsə də Bakıda baş tutan oyunların qəhramanı hesab etmək olar.

Vurduğu qollar sayəsində komandasını növbəti mərhələyə daşıyan Cavid "Bakcell Arena"da baş tutan qarşılaşmadan sonra oyunla bağlı fikirlərini açıqlayıb: "Oyunun qəhrəmanı təkcə mən deyiləm - həm komandamız, həm də xalqımızdı. Azarkeşlərimiz bizə sonadək dəstək oldu. Rəqibimiz də xoşagəlməz komanda idi. Bizi təxribata çəkmək üçün əllərindən gələn hər şeyi etməyə çalışırdılar. Əsas odu ki, növbəti mərhələyə adlayan tərəf biz olduq. Sarı vərəqə alıb, cəzalı duruma düşməyi mən də istəmirdim. Sakit olmağa çalışdırq, amma bu, alınmadı. Rəqibin futbolçusu məni dəfələrlə vururdu ki, ona cavab qaytarım və nəticədə qırmızı vərəqə alım. "Apollon" Bakıya futbol oynamağa gəlməmişdi".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR