"CBC Sport"dan atmaca: "Şərhçilər pisdi, verlişləri maraqlıdı" (VİDEO)

Artıq bütün diqqətlər Naxçıvanda baş tutacaq Azərbaycan Kubokunun finalına yönəlib.
 
Sport7.az xəbər verir ki, ölkədə cari futbol mövsümünün sonuncu "Qəbələ" - "Sumqayıt" matçını isə "CBC Sport" telekanalı canlı yayımlayacaq.
 
Telekanal final matçına diqqətləri daha da çox yönəltmək üçün, maraqlı anons hazırlayıb. Belə ki, final matçının anonsu "Marvel" şirkətinin dünyaca məşhur fantastik bir filmində özlərinəməxsus istedadları, xüsusiyyətləri və gücləri olan baş qəhrəmanların dilindən verilib.
 
Anonsun maraqlı tərəflərindən biri odu ki, telekanal əməkdaşları onları tənqid edən, bəzən şərhçilərin şərhlərini bəyənməyən futbol ictimaiyyətinin nümayəndələrinə yarızarafat söz "atıb". 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR