Cəbrayıl Həsənov medal sayında Azərbaycanı Rusiyaya yaxınlaşdırdı

Cəbrayıl Həsənov medal sayında Azərbaycanı Rusiyaya yaxınlaşdırdı

Sərbəst güləş üzrə ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov Azərbaycana 21-ci medalı qazandırıb.

Sport7.az xəbər verir ki, o, 74 kq çəki dərəcəsində bürünc medallar uğrunda bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb.

İdmançımız vaxtından erkən qələbə qazanmağa yaxın olsa da, 1 xal azlığı buna mane olub. Belə ki, Cəbrayıl rəqibini 9:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, Həsənov yarışa II mərhələdən qatılıb. 1/8 finalda Mihay Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Sonər Dəmirtaşla keçirib. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.
 
Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. 

Xatırladaq ki, Cəbrayıl Həsənovun qazandığı bürünc medal 9-cu olub. Ümumi sayda Rusiyadan bizi 5 medal ayırır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR