Cədvəl açıqlandı -

Cədvəl açıqlandı - "Qarabağ" irəli, "Neftçi" geri

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

Sport7.az xəbər verir ki, klubların indeks cədvəlində ən yaxşı komandamız "Qarabağ”dır. Ağdamlılar 1882 xalla 206-cı yerdə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 1 pillə irəliləyərək Rumıniya "Botoşani”sini keçib.

"Neftçi" isə 1 pillə geriləyərək 1659 xalla 280-ci yerə düşüb. Paytaxt klubu İtaliya "Leççe”sini özündən irəli buraxıb.

Hərəyə 1368 xal toplayan "Keşlə” 393-cü, "Zirə” isə 394-cü yerlərdə qərarlaşıb. Hər iki komanda bir pillə geriləyib. Buna Rumıniya klubu "Çindia Tarqovişe” səbəb olub.

Digər komandalarımızdan "Sumqayıt” (1307 xal) 413-cü, "Qəbələ” (1297 xal) 415-ci, "Sabah” (1230 xal) 437-ci pillədə qalıb. Bir pillə geriləyib Norveç "Olesund”undan geri düşən "Səbail” (1212 xal) 440-cıdır.

1-ci pillədə Almaniya "Bavariya”sı qərarlaşıb. İngiltərə "Liverpul”u 2-ci, İspaniya "Barselona”sı 3-cüdür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR