"Xorvatiya ilə matçda hakimlərin qərarları doğru idi" - Sabiq referi

Millimizin Xorvatiya ilə matçındakı hakim idarəçiliyi birmənalı qarşılanmadı. Xüsusən də qapımıza təyin olunan penalti məsələsində. Bu üzdən idarəçiliklə bağlı təcrübəli mütəxəssis fikri öyrəndik.

Hakim-inspektor Ceyhun Haşımov Sport7.az-a açıqlamasında baş hakim Sandro Şörerin idarəçiliyini belə şərh etdi: "Hakimlər oyunu yaxşı idarə etdilər. Ciddi hazırlaşmışdılar. Briqada şəklində qarşılıqlı əlaqələri yaxşı, verdikləri qərarlar da düzgün idi. Bir dəfə top yan xətdən çıxanda fikir ayrılığı oldu. Baş hakim gəncdi və böyük gələcək vəd edir. Təmkinli, qətiyyətli və fiziki hazırlığı yaxşı səviyyədə idi. Oyunun nəticəsinə təsir edən hər hansı bir səhvə yol vermədi. Penalti epizoduna gəlincə, bu qərar doğru idi. Həmin andan 10 dəqiqə sonra başqa görüntü verildi və orada hər şey açıq göründü".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR