Cəmşid Məhərrəmov yenə Türkiyədə debüt edə bilmədi

Cəmşid Məhərrəmov yenə Türkiyədə debüt edə bilmədi

Türkiyənin PTT I liqasında XVIII turun oyunları davam edir. 

Sport7.az хəbər verir ki, Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" doğma publika önündə "Şanlıurfaspor"u qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Cəmşid ötən turdan fərqli olaraq, bu dəfə "18-liy"ə düşüb. Ancaq "Adanaspor"un baş məşqçisi Güvənç Kurtar ona nə matçın start heyətində, nə də oyunun gedişində şans verib.

Qeyd edək ki, "Adanaspor" 18 turdan sonra 21 хalla turnir cədvəlinin XII pilləsində qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR