Cənubi Amerikanın ən böyük futbol yarışları da təxirə salındı

Cənubi Amerikanın ən böyük futbol yarışları da təxirə salındı

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), Cənubi Amerikanın iki ən böyük yarışı "Copa Libertadores" və "COPA Sudamericana"nı koronavirsu səbəbindən may ayının 5-nə qədər təxirə salıb.
 
Sport7.az xəbər verir ki, bu haqda konfederasiya rəsmi məlumat yayıb. Bu addımın futbolçuların, texniki işçilərin, nümayəndələrin, hakimlərin, klub rəhbərlərinin, media nümayəndələrinin və azarkeşlərin qorunması üçün atıldığı bildirilib. 
 
CONMEBOL daha öncə AVRO-2020 kimi, "Kopa Amerika"nın da 2021-ci ilə qədər təxirə salındığını açıqlamışdı. Cənubi Amerikanın klub səviyyəsində ən böyük turnirləri olan "COPA Libertadores" Avropada Çempionlar Liqası, "COPA Sudamericana" isə Avroliqa ilə eyni dəyərləndirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR