Ceydon Sanço yayda

Ceydon Sanço yayda "Borussiya"dan ayrılacaq

Dortmund "Borussiya"sının vinqeri Ceydon Sançonun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Bu barədə "Sky Sports"un jurnalisti Yesko fon Ayxmann məlumat verib:

"Sanço yayda dəqiq "Borussiya"nı tərk edəcək. İndilik hansı kluba keçəcəyi bəlli deyil. Məndə olan məlumata görə, "Mançester Yunayted" onunla ciddi şəkildə maraqlanır.

"Borussiya"nın direktoru Mixael Tsork keçən həftə verdiyi açıqlamada Sançoya görə təklif almadıqlarını demişdi. Bu gün yenidən ona eyni sualı ünvanladım və o, sadəcə, gülümsədi.

Sanço oyununu inkişaf etdirir. Mövsümün ilk yarısının sonlarında o, yorğun görünürdü, amma indi hər şey qaydasındadı.

Artıq Ceydonun davranışları da dəyişib. Əvvəllər o, məşqlərə gecikərdi, indi isə hər şeyi vaxtında edir. Çox çalışır və Favr ondan razıdı.

Məncə, Sanço qış fasiləsində hər şeyi bir daha götür-qoy edib və yekunda professional kimi davranmaq qərarına gəlib".

İngilis futbolçunun "Borussiya" ilə olan müqaviləsi 2022-ci ilin iyun ayında başa çatır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR