Ceyhun Haşımovla Anar Salmanov Naxçıvanda seminar keçib, kitab payladı (FOTOLAR)

Ceyhun Haşımovla Anar Salmanov Naxçıvanda seminar keçib, kitab payladı (FOTOLAR)

Muxtar Respublika Stadionunun iclas zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan MR Gənclər və Idman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilib.
 
Sport7.az xəbər verir ki, AFFA-nın Hakimlər Komitəsinin üzvü FİFA referisi Anar Salmanov və milli dərəcəli hakim Ceyhun Haşımovun iştirakı ilə reallaşan seminara NFF-nin hakimlik kurslarında yer alan 10 nəfər qatılıb.

Qonaqlar bildiriblər ki, Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) AFFA ilə imzaladığı əməkdaşlıq konvensiyası proqramına əsasən hakimliyin inkişaf strategiyası ilə bağlı ölkənin bütün bölgələrini əhatə edən işlər görülür. Bu aydan etibarən bölgələrdə seminarlara start verilib və belə görüşlər aprel ayınadək davam etdiriləcək. Bu yaxınlarda cənub bölgəsinin ədalət təmsilçiləri ilə Salyan rayonunda bir araya gəldiklərini deyən Anar Salmanov ölkə hakimlərin formalaşdırılması və onlara yeni oyun qaydalarının aşılanması işinin davamlı olaraq icra olunacağını diqqətə çatdırıb. Naxçıvanda yeni hakimlərin kurslara və seminarlara cəlb olunmasının alqışalayiq hal olduğunu bildirən qonaqlar bu dəfəki görüşün effektiv nəticələr verəcəyinə inamlarını ifadə ediblər.
 
İki günlük seminar futbol qaydaları ilə bağlı 17 əsas qanun və tədbiq olunan son dəyişikliklərlə bağlı məlumatların hakimlərə çatdırılması, matçlarda rastlanan maraqlı epizodların video təhlili, hakimlər briqadasının iş prinsipləri və normaları, idaraçiliyin qiymətləndirmə və dəyərləndirilməsi və digər əhatəli mövzuları əhatə edir. Seminarın iştirakçılarına oyun qaydaları ilə bağlı Beynəlxalq Futbol Assosiasiyası Şurasının tərtib etdiyi və AFFA tərəfindən tərcümə olunan oyun qaydaları ilə bağlı kitablar paylanılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR