Ceylen Braun

Ceylen Braun "Boston"la 115 milyon dollar dəyərində olan 4 illik müqaviləni razılaşdırdı

"Boston" Ceylen Braunun müqavilə müddətini uzadıb.

Braun 4 illik müqaviləyə görə toplam 115 milyon dollar qazanacaq. Saziş 2020-ci ildən etibarən qüvvəyə minəcək.

Müqavilələrin uzadılması üçün son tarix 21 oktyabr idi. Tərəflər anlaşa bilməsələr, Braun növbəti yay azad agent statusuna keçəcəkdi.

Ötən mövsüm 74 matçda forma geyən 22 yaşlı basketbolçu 13,0 xal, 4,2 ribaund və 1,4 assist ortalamaları ilə yadda qalmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR