Championat.com:

Championat.com: "Toni Adamsın təyinatı populist xarakter daşıyır"

Rusiyanın Championat.com saytı həftənin ən mötəbər hadisələrini şərh edərkən Azərbaycan Premyer Liqasına da toxunub. 

Sport7.az xəbər verir ki, şimallılar Toni Adamsın "Qəbələ"yə idman direktoru vəzifəsinə təyin olunmasını xüsusi qabardıblar.

"Azərbaycan Avropa ölkəsidir. Deməli, orda yüksək səviyyəli mütəxəssislər çalışmalıdır. "Qəbələ" də "partlayış" etmək qərarına gələrək, İngiltərə yığmasının dünya şöhrətli sabiq müdafiəçisini idman direktoru vəzifəsinə təyin etdi. Aydın məsələdir ki, bu təyinat populist xarakter daşıyır. Məqsəd Azərbaycanda futbola diqqətin artırılmasıdır. Ümumiyyətlə, Azərbaycanda futbol rəhbərləri bu idman növünə göstərdikləri diqqətlə sevinirlər. Onlar kütlələri futbola bağlamaq, Avropanın aparıcı çempionatlarının oyunlarını hamının seyr etməsi üçün futbolu pulsuz telekanallarda da işıqlandırırlar".

Qeyd edək ki, rusiyalı həmkarlarımız Toni Adamsın bunadək "Qəbələ"də baş məşqçi və klub prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışdığını ya bilmirlər, ya da bilərəkdən oxucularından gizlədiblər.

Sport.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR