Cibril Sisse həbs olundu

Cibril Sisse həbs olundu

Fransa millisinin sabiq hücumçusu Cibril Sisse həbs olunub. Sport7.az xəbər verir ki, Fransa polisi onu şantajda təqsirləndirir.

Belə ki, yayılan məlumatlara görə, Sisse vaxtı ilə "Lion"da bir yerdə çıxış etdikləri Matye Valbuenanı intim videogörüntü ilə şantaj etməkdə gunahlandırılır. Onunla yanaşı 3 şəxsin də saxlandığı bildirilir. Araşdırmadan sonra Sissenin məsələdə nə qədər günahkar olub-olmadığı aydınlaşacaq.

Qeyd edək ki, Sisse İ
ngiltərənin "Sanderlend” klubunda çıxış edərkən də polis tərəfindən saxlanılmışdı. O, Nyukasılda qadınla əlbəyaxa olmuşdu.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR