Ciu-citsuçulardan dünya çempionatında 20 medal

Ciu-citsuçulardan dünya çempionatında 20 medal

Gürcüstandakı dünya çempionatında ölkəmizi Azərbaycan Ciu-citsu Federasiyasının kontakt ciu-citsu üzrə 21 üzvü təmsil edib.

Sport7.az xəbər verir ki, Kənan Abbaszadə, Zaur Mirzəzadə, Jasmin Xəlilova, Anar Tağızadə, Bəxtiyar Məcidov, Ağahüseyn Atakişiyev, Rəsul Süleymanov və İnsaf Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əli Əliyev, Şəmsi Hüseynov, Nihat Hüseynli, Sadiq Əliyev, Kənan Abbaszadə, Ağahüseyn Atakişiyev, Həsən Hüseynzadə və Fərid Əhmədov isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Digər üç idmançımız Fərid Əhmədov, Ayaz Abbasov hər biri bir bürünc, Mirzə Məmmədov isə həm kontakt ciu-citsu və nevaza növündə iki bürünc medal qazanıb.

Çempionatın nəticələrinə görə Azərbaycan komandası ümumi hesabda dördüncü yeri tutub.
 
Dünya çempionatında 20-dək ölkədən 200 idmançı kontakt ciu-citsu, nevaza və özünümüdafiə bölmələri üzrə mübarizə aparıb.

Sport7.az                                    

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR