Coel Embiiddən karyera rekordu

Coel Embiiddən karyera rekordu

"Atlanta" ilə görüşdə 36 dəqiqə parketdə qalan, "Filadelfiya"nın mərkəz oyunçusu Coel Embiid 49 xal, 14 ribaund, 3 assist, 3 topoğurlama və 1 blok-şotla qarşılaşmanı tamamlayıb.

Beləliklə, Embiid karyera xal rekordunu qırıb. 25 yaşlı basketbolçunun oyun daxilində 24 atışından 17-i dəqiq olub. Embiid 15 sərbəst atışdan sadəcə birini qaçırıb.

Qeyd edək ki, oyun "Filadelfiya"nın 129:112 qələbəsi ilə yekunlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR