Cokoviç çempionluq sevinci barədə:

Cokoviç çempionluq sevinci barədə: "Sadəcə, otu sevirəm"

"Vimbldon"un qalibi Novak Cokoviç Rocer Federerlə final matçından sonra ot yeməsi ilə diqqətləri üzərinə çəkmişdi.

Serb raketka ustası çempionluq sevincinin hekayəsini danışıb:

"Düzü, səbəbini bilmirəm. Sadəcə, otu sevirəm. Həmişə "Vimbldon"u qazanmağın xəyalını qurmuşam. 2011-ci ildə xəyalım reallaşan ərəfədə, yəni finaldan əvvəl öz-özümə düşünürdüm: "Çempion olsam, nə edim?" Xüsusi bir şey olmalı idi. Beləliklə, ağlıma ot yemək gəldi. O vaxtdan bəri də bu, bir ənənəyə çevrilib".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR