Cokoviç:

Cokoviç: "Dominik Tim qələbəyə layiq idi"

ATP final turnirində ikinci matçına çıxan Novak Cokoviç Dominik Timə məğlub olub. Oyundan sonra serb tennisçi rəqibinin performansını yüksək qiymətləndirib:

"Məncə, Tim qələbəyə layiq idi. Çox cəsur idi, topa çox sərt vururdu.

Tim va-banka getdi. Hər qeym sonuncu imiş kimi oynayırdı. Timin bugünkü performansı qarşısında şlyapımı çıxarıram və onu təbrik edirəm. Dominik əla oynadı.

Tim əlinə düşən bütün imkanları dəyərləndirdi. Demək olar ki, bekhendində səhv etmədi. Möhtəşəm idi. Onunla əvvəl də oynamışam, oyununa bələdəm. Sadəcə, bu səfər fərqli strategiyadan istifadə etdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR