Cokoviç Nadalla yerini dəyişdi və yenidən

Cokoviç Nadalla yerini dəyişdi və yenidən "bir nömrə" oldu

"Australian Open"in yekunlarına əsasən ATP-nin yeni reytinq cədvəli açıqlanıb.

Turnirin qalibi Novak Cokoviç Rafael Nadalla yerini dəyişərək yenidən birinci pilləyə qayıdıb. Finala kimi irəliləyən Dominik Tim bir sıra yüksələrək 4-cü olub.

David Qoffan "ilk onluq"da özünə yer tapıb. Roberto Bautista-Aqut "top-10"-dan kənar qalıb. Melburnda 1/4 finala kimi irəliləyən Tennis Sandqren isə 44 pillə irəliləyərək 56-cı olub.

ATP-nin reytinq cədvəli

1 (2). Novak Cokoviç (Serbiya) - 9720 xal
2 (1). Rafael Nadal (İspaniya) - 9395
3 (3). Rocer Federer (İsveçrə) - 7130
4 (5). Dominik Tim (Avstriya) - 7045
5 (4). Daniil Medvedyev (Rusiya) - 5960
6 (6). Stefanos Tsitsipas (Yunanıstan) - 4745
7 (7). Aleksandr Zverev (Almaniya) - 3885
8 (8). Matteo Berrettini (İtaliya) - 2905
9 (10). Qael Monfis (Fransa) - 2700
10 (11). David Qoffan (Belçika) - 2555
---
12 (9). Roberto Bautista-Aqut (İspaniya) - 2360
13 (15). Sten Vavrinka (İsveçrə) - 2360
20 (26). Nik Kirios (Avstraliya) - 1690
56 (100). Tennis Sandqren (ABŞ) - 923

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR