Cokoviç yarımfinalda, rusların duelindən Medvedyev qalib ayrıldı

Cokoviç yarımfinalda, rusların duelindən Medvedyev qalib ayrıldı

Sinsinnatidə keçirilən "Masters" seriyalı turnirdə 1/4 final mərhələsinə yekun vurulub.

ATP reytinqinin lideri və turnirin ötənilki qalibi Novak Cokoviç Luka Puya qalib gələrək yarımfinala yüksəlib. Onun rəqibi həmyerlisi Andrey Rublyova set verməyən Daniil Medvedyev olacaq.

Rişar Qaske Bautista-Aqutdan güclü olub. Yoşihito Nişiokanın imtina qərarı səbəbindən David Qoffan matça çıxmadan mərhələ adlayıb. Yarımfinalda Qaske və Qoffan üz-üzə gələcək.


Western and Southern Open (Masters 1000)

Sinsinnati, ABŞ

1/4 final

Rişar Qaske (Fransa) - Roberto Bautista-Aqut (İspaniya) - 2:1 (7:6, 3:6, 6:2)

Daniil Medvedyev (Rusiya) - Andrey Rublyov (Rusiya) - 2:0 (6:2, 6:3)

David Qoffan (Belçika) - Yoşihito Nişioka (Yaponiya) - 0:0 - Nişioka imtina edib

Novak Cokoviç (Serbiya) - Luka Puy (Fransa) - 2:0 (7:6, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR