Con Vollun anası dünyasını dəyişib

Con Vollun anası dünyasını dəyişib

"Vaşinqton"un point-qardı Con Vollun anası Frenses Pulli dünyasını dəyişib. O, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
"Kentukki"nin baş məşqçisi Con Kalipari tvitterdə bu barədə məlumat paylaşıb. 60 yaşlı çalışdırıcı Frenses Pullinin Volun həyatında böyük rol oynadığını və ulduz basketbolçunun anası olmadan bu səviyyəyə çata bilməyəcəyini qeyd edib.

Voll kollec illərində Kaliparinin rəhbərliyi altında oynayıb.

Qeyd edək ki, 29 yaşlı basketbolçu axilles vətərindəki yırtıq səbəbindən parketlərdən uzaq qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR