COVİD-19-a yoluxmuş tennisçilər

COVİD-19-a yoluxmuş tennisçilər "Roland Garros"dan kənarlaşdırıldı

Tennis üzrə "Roland Garros" turnirində koronavirusa yoluxanların adları bəlli olub. 

Sport7.az xəbər verir ki, bu haqda "Marca" yazıb. Bunlar Özbəkistan təmsilçisi Denis İstomin, ispaniyalı Bernabe Zabata-Miralyes, serbiyalı Peca Krştin və ABŞ-dan Ernesto Eskobedodur. 

Turnirin protokoluna uyğun olaraq adıçəkilən oyunçuların hamısı bu gün start götürəcək seçmə mərhələdə mübarizə aparmayacaq və yeddi gün təcrid olunacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR