Cüdo millimizin sabiq üzvü cinayət törətdi

Cüdo millimizin sabiq üzvü cinayət törətdi

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.

Sport7.az xəbər verir ki, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.

O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, həmin yarışda bürünc medal qazanıb.

Həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. (oxu.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR