Cüdo üzrə paralimpiya yığması İtaliyaya yola düşdü

Cüdo üzrə paralimpiya yığması İtaliyaya yola düşdü

Azərbaycanın cüdo üzrə paralimpiya yığma komandası Avropa Çempionatında iştirak etmək üçün İtaliyanın Genuya şəhərinə yola düşüb.

Sport7.az xəbər verir ki, Avropa çempionatında ölkəmi baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi ilə kişilərdən və baş məşqçi Ramin İbrahimovun rəhbərliyi ilə qadınlardan ibarət komandalar təmsil edəcək.

23-29 iyul tarixləri arasında keçirilən yarış "Tokio 2020" XVI yay paralimpiya oyunlarına lisenziya xalları qazandırır.

Yığma komandalarımız Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa Çempionatına yola düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR