Cüdo üzrə region birinciliyi keçirilib

Cüdo üzrə region birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi bu dəfə Mingəçevirdə baş tutub.
 
Sport7.az xəbər verir ki, yarışların açılış mərasimində çıxış edənlər Şimal -Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusunun mübarizə apardığını bildiriblər. Region birinciliyinin iki yaş qrupu üzrə keçirildiyi qeyd olunub. Mingəçevirdən əvvəl Göygöl və Naftalan şəhərlərində də bölgə yarışlarının təşkil edildiyi vurğulanıb. İlk gün U-15 yaş qrupu üzrə kiçik yaşlı yeniyetmə cüdoçular, sonra isə U-18 yaş qrupunun atletləri medallar uğrunda mübarizə aparıblar. Qalibləri sizə təqdim edirik:

U-15
 
-30 kg Mövladzadə Nihad
-34 kg Dursunov Fərid
-38 kg Əliyev İbrahim
-42 kg Sadıqov Ramiz
-46 kg Səmədov Allahverdi
-50 kg Rüstəmov Turan
-55 kg Rəşidov Elvin
-60 kg Əhmədzadə Orxan
-66 kg Vəliyev Vəli
-73 kg Qarayev Ramazan
+73 kg Əsirov Toğrul
 
Qızlar
 
-36 kg İspəndiyarova Rəvanə
-44 kg Məsiyeva Əzizə
-48 kg İsmayılova Gülay
 
U-18
 
-46 kg Həsənov Faiz
-50 kg Novruzov Cəlil
-55 kg Rəhimov İslam
-60 kg Əmrəliyev Rüstəm
-66 kg Soltanov Novruz
-73 kg Əliyev Vüsal
-81 kg Zamanov İsmayıl
-90 kg Mollayev İlham
 
Qızlar
 
-52 kg Cəbrayılzadə Fatimə

Qaliblərə medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. Növbəti bölgə birinciliyi Şamaxı şəhərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR