Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

Sport7.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Salvador Kases Roka (İspaniya) - Keysey Nakano (Filippin) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev isə Ahmed Alikaj (Beynəlxalq Cüdo Federasiyası) - Aleksandru Raicu (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq.

81 kq-dakı Hidayət Heydərov Almaniya təmsilçisi Aleksandr Veçerzakla, bu çəkidəki Murad Fətiyev isə monteneqrolu Neboysa Qardaseviçlə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 cüdoçusu medal qazana bilməyib. Fevralın 23-də Azərbaycanın 4 kişi və 1 qadın cüdoçusu qüvvəsini sınayacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR