Cüdoçularımızdan iki bürünc medal

Cüdoçularımızdan iki bürünc medal

Lüksemburqda cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.
 
Sport7.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.
 
Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri Aleksandra-Larisa Florian yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Kişilərin yarışında isə Rəşad Yelkiyev (60 kq) Avropa kubokunun bürünc medalına layiq görülüb.
 
Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR