Cüdoçularımızdan uğursuzluq

Cüdoçularımızdan uğursuzluq

Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
 
Sport7.az xəbər verir ki, avqustun 29-da iki cüdoçumuz tatami üzərinə çıxıb.
 
Kişilərin yarışında 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk üç qarşılaşmada Çex Respublikası, Mavriki, Türkiyə cüdoçularını məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə Serbiya təmsilçisinə uduzan idmançımız təsəlliverici görüşə qatılıb. Fransalı Axel Klargetə məğlub olan Məmmədəli Mehdiyev dünya çempionatında 7-ci yeri tutub.
 
Qadın cüdoçumuz Günel Həsənli (-70 kq) ilk görüşdə uduzaraq mundialda mübarizəni dayandırıb. Avqustun 30-da daha 2 cüdoçumuz Elmar Qasımov və Zelim Kotsoyev Yaponiya paytaxtında yarışlara qoşulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR