Cüdoçumuz Bolqarıstanda gümüş medal qazandı

Cüdoçumuz Bolqarıstanda gümüş medal qazandı

Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.

Sport7.az xəbər verir ki, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub.

30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir. Yarışa fevralın 2-də yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR