Cüdoçumuz Qazaxıstanda bürünc medal qazandı

Cüdoçumuz Qazaxıstanda bürünc medal qazandı

Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.
 
Sport7.az xəbər verir ki, yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb.
 
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luicci Centraçioya qalib gəlib. Bu millimizin Almatı şəhərində qazandığı 2-ci medaldır. Dünən Kamran Süleymanov gümüş medala sahib olub.
 
Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR