Cüdoçumuz çempion oldu, 5000 dollar qazandı

Cüdoçumuz çempion oldu, 5000 dollar qazandı

Cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.
 
Sport7.az xəbər verir ki, Dnepr şəhərində keçirilən yarışda Azərbaycan idmançıları da iştirak edib.

Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan təmsilçimiz İrina Kindzerska vətənində yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.
 
Bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR