Cüdoçumuz Qran Prinin finalında

Cüdoçumuz Qran Prinin finalında

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.

Sport7.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda hindistanlı Devi Şuşilanı üstələyib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Giliazova ilə qarşılaşacaq.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR