DÇ-2018: 1/4 finalın ilk cütlüyü müəyyənləşdi

DÇ-2018: 1/4 finalın ilk cütlüyü müəyyənləşdi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.

Sport7.az xəbər verir ki, Soçidəki "Fişt" stadionunda Uruqvay yığması Portuqaliya ilə qarşılaşıb.

Görüş cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvayın hər iki qolunu Edinson Kavani vurub. Portuqaliya millisindən isə Pepe fərqlənib.

Bununla da 1/4 finalda qarşılaşacaq ilk cütlük bəlli olub. Belə ki, Uruqvay Argentina yığmasını DÇ-dən kənarlaşdıran Fransaya rəqib olub. Bu görüş iyulun 6-da keçiriləcək.

Digər tərəfdən, argentinalı Lionel Messidən sonra portuqaliyalı Kriştianu Ronaldu da mundialla vidalaşıb. Bu da o anlama gəlir ki, DÇ-2018-in qalan oyunları dünyanın iki ən yaxşı futbolçusu olmadan davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR