DÇ-2018: 1/8 final mərhələsinə start verilir

DÇ-2018: 1/8 final mərhələsinə start verilir

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsi start götürəcək.

Sport7.az xəbər verir ki, bu gün iki oyun keçiriləcək. İlk matç saat 18.00-da Fransa və Argentina yığmaları arasında keçiriləcək. Qrup lideri kimi bu mərhələyə yüksələn Didye Deşamın kollektivindən fərqli Messili Argentina qrup mərhələsini ikinci pillədə başa vuraraq, belə desək "sürünə-sürünə" 1/8-ə adlayıb. 
 
Günün digər oyununda isə 22.00-da baş tutacaq. Soçinin "Fişt" stadionunda baş tutacaq görüşdə son Avropa çempionu Portuqaliya Uruqvayla qarşılaşacaq. Öz qrupundan 100 faizlik nəticə ilə lider kimi növbəti mərhələyə yüksələn Uruqvaydan fərqli, Portuqaliya B qrupunda ikinci pilləni tutub. Bu komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar.

DÇ-2018

30 iyun

1/8 final

18:00. Fransa - Argentina

Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)
Kazan, "Kazan Arena"

22:00. Uruqvay - Portuqaliya

Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)
Soçi, "Fişt" stadionu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR