DÇ-2018: Almaniya üçün ŞOK

DÇ-2018: Almaniya üçün ŞOK

Bu gün dünya çempionatında bir-birində maraqlı dörd qarşılaşma oynanacaq.

Sport7.az xəbər verir ki, bu günkü qarşılaşmalardan sonra 1/8 final mərhələsinin daha dörd iştirakçısı müəyyənləşəcək.

Əvvəlcə F qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç görüşləri təşkil olunacaq. Bu qrupda bütün komandalar 1/8 finala iddialıdır. Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidir. Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.

Bu qrupla müqayisədə E qrupunda vəziyyət nisbətən qeyri-mürəkkəbdir. 4 xalla qrup lideri olan komandalardan Braziliya 3 xalı olan Serbiya, İsveçrə isə hələ xal toplamayan Kosta-Rika ilə qarşılaşacaq. Serbiya Braziliyaya qalib gələ bilməsə, digər görüşün əhəmiyyəti qalmayacaq. Hərçənd, İsveçrənin Kosta-Rika ilə görüşdən ən azı heç-heçə ilə ayrılmaq imkanları yüksək qiymətləndirilir.

DÇ-2018

III tur

F qrupu

18:00. Cənubi Koreya - Almaniya 2:0
Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)
Kazan, "Kazan Arena"

18:00. Meksika - İsveç 0:3
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay)
Yekaterinburq, "Yekaterinburq Arena"

22:00. Serbiya - Braziliya 0:2
Hakimlər: Alireza Fağani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Jair Marrufo (ABŞ), Anuar Hila (Tunis)
Moskva, "Spartak" stadionu

22:00. İsveçrə - Kosta-Rika 2:2
Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

Qeyd edək ki, hələlik 1/8 final cütlərindən 4-ü məlumdur. İyunun 30-da Soçidə Uruqvay - Portuqaliya, Kazanda Fransa - Argentina və iyulun 1-də Moskvadakı "Lujniki" stadionunda İspaniya - Rusiya, Nijni-Novqorodda Xorvatiya - Danimarka görüşləri keçiriləcək. 
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR