DÇ-2018: Qrup mərhələsinə yekun vurulur

DÇ-2018: Qrup mərhələsinə yekun vurulur

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
 
Sport7.az xəbər verir ki, qrup mərhələsinin son oyun günündə G və H qruplarında yer alan komandaların iştirakı ilə 4 qarşılaşma baş tutacaq.

H qrupunda Polşadan başqa hər bir komandanın mərhələ adlamaq şansı qalır. Yaponiya məhz Polşa ilə üz-üzə gələcək. Seneqal isə Kolumbiyanı sınağa çəkəcək.

G qrupunun görüşləri isə formal xarakter daşıyır. Belə ki, növbəti mərhələyə vəsiqəni təmin etmiş İngiltərə və Belçika yalnız qrup birinciliyi uğrunda mübarizə aparacaqlar. Panama və Tunis yığmalarının görüşü isə yalnız mundiala qələbə ilə vida etmək baxımından önəm daşıyır.

DÇ-2018
28 iyun

H qrupu

18:00. Yaponiya - Polşa
Baş hakim: Canni Sikazve (Zambiya).
Volqoqrad. "Volqoqrad Arena”

18:00. Seneqal - Kolumbiya
Baş hakim: Milorad Majiç (Serbiya).
Samara. "Samara Arena”.

Yaponiya – 4, Seneqal – 4, Kolumbiya – 3, Polşa – 0.
 
G qrupu

22:00. İngiltərə - Belçika
Baş hakim: Damir Skomina (Sloveniya).
Kalininqrad. "Kalininqrad” stadionu.

22:00. Panama - Tunis
Hakimlər: Navaf Şukralla (Bəhreyn).
Saransk. "Mordoviya Arena”.

İngiltərə - 6, Belçika – 6, Tunis – 0, Panama – 0.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR