DÇ-2019: ABŞ-dan 13 cavabsız qol, Hollandiya və İsveçdən uğurlu start (VİDEOLAR)

DÇ-2019: ABŞ-dan 13 cavabsız qol, Hollandiya və İsveçdən uğurlu start (VİDEOLAR)

Fransanın ev sahibliyində keçirilən qadın futbolçuların dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Ötən gün mundialda üç görüş keçirilib. F qrupunda mübarizə aparan, son dünya çempionu ABŞ Tailandı 13:0 hesabı ilə darmadağın edib. Bu, qadınların dünya çempionatları tarixində qeydə alınan ən böyük hesabdı. Qrupun digər oyununda İsveç Çilini məğlub edib - 2:0.

Hollandiya da turnirə qələbə ilə start verib. E qrupunda yer alan "narıncılar" Yeni Zelandiyaya minimal fərqlə qalib gəlib.


Dünya çempionatı

Fransa

Qrup mərhələsi

I tur

E qrupu

Yeni Zelandiya - Hollandiya - 0:1


F qrupu

Çili - İsveç - 0:2

ABŞ - Tailand - 13:0




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR