DÇ-2019: ABŞ millisinin ilkin heyəti açıqlandı

DÇ-2019: ABŞ millisinin ilkin heyəti açıqlandı

ABŞ millisinin məşqçilər korpusu dünya çempionatı ərəfəsində yığmanın ilkin iştirak ərizəsini açıqlayıb.

Siyahıda 15 basketbolçunun adı yer alıb: Bem Adebayo ("Mayami"), Harrison Barns ("Sakramento"), Ceylen Braun, Markus Smart, Ceyson Teytum, Kemba Voker (hamısı "Boston"), Kayl Kuzma ("Leykers"), Bruk Lopes, Kris Middlton (hər ikisi "Milvoki"), "Kayl Lauri ("Toronto"), Donovan Mitçell ("Yuta"), Meyson Plamli ("Denver"), Pi Cey Taker ("Hyuston"), Maylz Törner ("İndiana") və Taddeus Yanq ("Çikaqo").

Qeyd edək ki, dünya çempionatı 31 avqust - 15 sentyabr tarixlərində Çində keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR