DÇ-2019: ABŞ Serbiyaya uduzdu

DÇ-2019: ABŞ Serbiyaya uduzdu

Bu gün kişi basketbolçuların dünya çempionatında 5-8-ci yerlər uğrunda görüşlər keçirilir.

İlk oyunda Serbiya və ABŞ üz-üzə gəlib. Balkan təmsilçisi birinci periodda 25 xallıq üstünlük əldə edib. ABŞ oyunun gedişində fərqi 2 xala qədər endirsə də, önə keçə bilməyib. 94:89 hesabı ilə qələbə qazanan Serbiya, beşincilik uğrunda Polşa - Çexiya matçının qalibi ilə qarşılaşmaq haqqı əldə edib. ABŞ isə sözügedən görüşün məğlub tərəfi ilə üz-üzə gələcək və nəticədə 7-8-ci pillələrin sahibləri müəyyənləşəcək.


Dünya çempionatı

Çin

5-8-ci yerlər uğrunda mübarizə

Serbiya - ABŞ - 94:89

Serbiya: Boqdanoviç (28 xal + 6 asist), Luçiç (15 xal), Yoviç (9 xal), Yokiç (9 xal + 7 asist).

ABŞ: Barns (22 xal), Voker (18 xal + 8 asist), Törner (10 xal), Mitçell (9 xal).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR